Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyinin (Niyazi küçəsi 9) təmirdən çıxmış yeni korpusunun ictimaiyyət üçün açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, dövlət rəsmiləri, muzey işçiləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək hər il ənənəvi olaraq ölkəmizdə də qeyd olunan 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, bu münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” aksiyası təşkil olunur. Bu il də ənənəyə uyğun olaraq bütün muzeylərdə “açıq qapı” olacaq, gecə saatlarına qədər pulsuz xidmət göstəriləcək.
Ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verildiyini deyən nazir, muzeydə aparılmış təmir-bərpa və bədii tərtibat işlərinin tamamlandığını qeyd edib: “Mədəniyyət ocağı son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz olunmuş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur və ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Ziyarətçilər bu muzeydə dünya mədəniyyətinin bir sıra örnəkləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.
Nazir çıxışının sonunda 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə təbriklərini çatdırıb, bu sahədə çalışanlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxış edərək hər il Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə keçirilən silsilə tədbirlərdən, reallaşan layihələrdən və dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış və ilk dəfə ölkə ərazisində yerləşən bütün muzeylər haqqında məlumatları özündə cəmləşdirən “Museum.az” saytının təqdimatı olub.
Məlumat verilib ki, saytın sadə, eyni zamanda zövqlə hazırlanmış dizaynı istifadəçilərə təqdim olunan məlumatların daha rahat əldə olunması üçün geniş imkanlar yaradır. İstifadəçilərin rahatlığı üçün gələcəkdə müasir veb-tendensiyalar da nəzərə alınaraq saytın mobil versiyası və tətbiqlərinin də hazırlanması nəzərdə tutulub.
Sonda muzey sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət xadiminə nazirliyin təşəkkürnamələri təqdim olunub.
- 17:52 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili tədbir keçirilib
- 16:26 Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
- 15:54 Mədəniyyət naziri Adil Kərimli tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyən olub
- 15:18 Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 15:15 Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsində 150-dən çox vokalçı yarışacaq
- 15:07 Moskvada azərbaycanlı rejissorun filminin premyerası olub
- 14:11 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:47 "A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
- 12:36 Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
- 12:25 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi tədbir keçirib
- 12:21 “Uşaqlara təbiəti sevdirək” adlı tədbir keçirilib
- 11:54 Musiqi Məktəbində “Xoşbəxt olsun uşaqlar” adlı konsert keçirilib
- 10:15 Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Yağışı sevməyən uşaq" adlı tamaşa nümayiş olunub
- 10:10 “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxanaya yeni kitablar hədiyyə olunub
- 10:04 Musiqi Məktəbi “Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında çıxış edib
- 09:22 Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib
- 09:20 Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub
- 17:31 F.Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbi hesabat konserti keçirib
- 16:47 İçərişəhərdə “Uşaqlar üçün irs” festivalı keçiriləcək
- 16:14 Nağıllar aləminə səyahət adlı tədbir keçirilib
- 15:31 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 15:23 Nizami Gəncəvi yaradıcılığı Argentina ədəbiyyat portalında
- 15:14 Şüvəlan qəsəbə Mədəniyyət Evində “Uşaqlar bizim gələcəyimizdir ” adlı tədbir keçirilib
- 15:04 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:46 Azərbaycan Türkiyədə beynəlxalq festivalında təmsil olunub
- 14:20 Gənclər Kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş
- 14:18 Yazıçılar Birliyində “Qədir Aslan - 80” xatirat kitabının təqdimatı olub
- 11:20 Milli Kitabxanada Xalq artisti Oqtay Zülfüqarova həsr edilmiş kitab sərgisi açılıb
- 11:18 Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 95 il ötür
- 10:50 "Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirilib
- 10:27 “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 10:08 Rafiq Babayev adına 25 nömrəli Uşaq Musiqi Məktəbi konsert keçirib
- 09:55 Bu gün Xalq artisti Sara Qədimovanın anadan olmasının 102 ili tamam olur
- 09:51 Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir keçirilib
- 09:36 Bakı Musiqi Akademiyasında simfonik orkestrin konserti keçirilib
- 09:29 Azərbaycan Türkiyədə keçirilən “QastroShow”da təmsil olunur
- 09:26 Qlazqo Universitetində keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Azərbaycan mədəniyyəti təbliğ edilib
- 17:32 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan şənlik keçirilib
- 17:13 Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib
- 17:01 Xəzər rayon MKS-nin 2 nömrəli kitabxana filialında tədbir keçirilib
- 16:56 “Dünya bizim evimizdir, ömrümüzdür, günümüzdür” adlı tədbir keçirilib
- 16:35 Qala Etno Fest başlayır
- 16:24 Yazıçılar Birliyində Puşkinin anadan olmasının 225 illiyi qeyd olunub
- 16:17 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 16:10 Rəqəmsal yaradıcı həftəsonu elan olunur
- 15:39 Mərdəkan Mədəniyyət Sarayında konsert keçirilib
- 15:07 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünyaya doğru” adlı rəsm müsabiqəsi keçirilib
- 15:04 Əməkdar artist Elxan Qasımovun xatirəsi anılıb
- 14:51 “Gənc qəhrəmanların günü” adlı tədbir keçirilib
- 14:39 Daşkənddə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib
- 14:34 10 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 13:06 Tanınmış müğənni Rəsul Əfəndiyevlə görüş keçirilib
- 13:03 Niyazi adına 22 nömrəli Uşaq Məktəbi Müstəqillik Gününə həsr olunmuş konsert keçirib
- 13:00 Yasamal rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 12:56 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
- 09:44 Kitabxanada “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlanıb
- 09:17 Bu gün Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin doğum günüdür
- 09:13 Ankarada milli rəqslərimizin təbliğinə dair yeni layihənin icrasına başlanılıb
- 17:17 “Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
- 17:14 Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edilib